“Taliban” radikal hərəkatının komandirlərindən biri Əfqanıstanda məhv edilib.
Eurasia Diary xəbər verir ki, bu barədə əfqan telekanalı məlumat yayıb.
Hərəkatın Gilmənd əyalətindəki “kölgə qubernatoru” olaraq bilinən Əbdül Manan Axund ötən həftə sonu ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
“Taliban” onun ölümünü “böyük itki” adlandırıb.