Roma Papasının “Lamborghini”si lotoreyada uduşa qoyuldu | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Roma Papasının “Lamborghini”si lotoreyada uduşa qoyuldu

Münaqişələr A- A A+
Bir müddət əvvəl “Sotheby’s” hərracında Roma Papasına məxsus avtomobil satışa çıxarılmışdı.

Eurasia Diary xəbər verir ki, indi də “Omaze” şirkəti bu “Lamborghini Huracan” modelini loterayada uduşa qoymaq niyyətinə düşüb.

Ötən il “Lamborghini” şirkəti Roma Papasına avtomobil bağışlamışdı. Papa isə avtomobili hərraca çıxararaq 809.375 avroya satmışdı. Əldə edilən vəsait isə xeyriyyə məqsədi üçün sərf edilib.

Indi isə “Omaze” onlayn-xeyriyyə platforması Roma Papasının superkarını lotoreyada uduşa qoyur. Bunun üçün isə istənilən şəxs ianə verməlidir və bu ianələr bal sistemi ilə qiymətləndiriləcək.

Şirkət əldə edilən vəsaiti müharibədən əziyyət çəkənlərə və qul ticarətinin ziyan vurduğu insanlara xərcləyəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...