“Bəşər Əsədə məxsus silahlı qüvvələrin Menbişə daxil olması haqda iddialar yalandır”.
Eurasia Diary xəbər verir ki, bu barədə ABŞ liderliyində qurulan anti-İŞİD koalisiyası məlumat yayıb.
Koalisiya sosial şəbəkədəki hesabında yaydığı açıqlamada qeyd edib ki, Suriyanın Menbiş məntəqəsində hərbi güclərin yerdəyişməsi haqqında yayılan əsassız iddialar yalandır. Koalisiya bu iddianı doğrulayacaq hər hansı bir fakta rast gəlməyib.
Anti-İŞİD koalisiyası bütün tərəfləri Menbişin vahidliyi və vətəndaşlarının təhlükəsizliyinə hörmətlə yanaşmağa çağırıb.