Qazaxda daha bir erməni təxribatı - Mülki şəxsə atəş açılıb - FOTO | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


Qazaxda daha bir erməni təxribatı - Mülki şəxsə atəş açılıb - FOTO

Münaqişələr A- A A+

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqa­mətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs re­ji­minin pozulması halları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 12 yanvar tarixində saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən ida­rə olunan ekskavatora doğru 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pulemyotundan atəş açılıb, nəticədə 6 güllə ekskovatorun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...