Əfqanıstan Təhlükəsizlik Qüvvələrinin 100-dən çox üzvü “Taliban” qiyamçılarının Maidan Vardak vilayətindəki hərbi birliyə hücumu zamanı öldürülüb.
Eurasia Diary xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Adı açıqlanmayan rəsmi bildirib ki, onun əlində hərbi təlim mərkəzindəki partlayışda 126 nəfərin öldüyü barədə məlumat var.
Bir vilayət rəsmisi də ölənlərin sayının 100-dən çox olduğunu söyləyib.
Hökumət bu barədə məlumat açıqlamasa da, daha öncə 12 hərbçinin öldüyünü qeyd edib.
Hücuma görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb.