Cammu və Kəşmirin Pulvamə dairəsində hərbi karvanın keçdiyi vaxt avtomobil partladılıb.
Eurasia Diary NDTV-yə istinadən xəbər verir ki, nəticədə Mərkəzi Ehtiyat Polis Gücünə (CRPF) məxsus azı 12 nəfər ölüb, 40 nəfər yaralanıb.
Hücumun məsuliyyətini “Cəiş e Məhəmməd” adlı terrorçu dəstənin öz üzərinə götürdüyü bildirilir.