Pakistan səmasında vurulan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin əsir götürülən pilotunun görüntüləri yayılıb.
Eurasia Diary xəbər verir ki, görüntülərdə pilot jurnalistlərə özü haqqında qısa məlumatlar verib.
“Adım Abhi Ananddır. Şəxsi nömrəm 27981-dir, hindliyəm. Yaralanmışam. Sizə verə biləcəyim məlumat budur”, - pilot bildirib.