Qarabağ münaqişəsində təzyiqlər artır Azərbaycanın hərbi təlimlərinə hər iki tərəfin münasibəti

Münaqişələr 16:27 15.03.2019

Azərbaycan Müdafiə Nazirliyi bazar ertəsi genişmiqyaslı hərbi təlimlərə başladığını elan edib. Təlimlərin 11-15 mart tarixlərində 10.000-lik qoşun, 500 tank,  300 raket və hərbi təyyarəni əhatə edəcəyi gözlənilir.  Böyük miqyaslı hərbi təlimlər hər iki tərəfin rəsmilərinin nəzərindən qaçmayıb.

Eurasia Diary Azərbaycan və Ermənistan səlahiyyətlilərinin Azərbaycan hərbi təlimləri barədə bəyanatlarını sizə təqdim edir:

 

Azərbaycan tərəfi

Azərbaycan Ermənistanın son addımlarından məmnun deyil. ATƏT-in Minsk qrupu erməni tərəfinin təklifini təkzib edib və mövcud formatı davam etdirməyə dəstək verib. Bununla yanaşı, Ermənistan Füzuli və Cəbrayıl şəhərlərində (Ermənistan tərəfindən işğal olunmuş) məskunlaşmaların təlimatına başlayıb. Bu addım hüquqi 1949-cu il Cenevrə Konvensiyasına zidd sayılır.

“Erməni hökuməti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların formatını dəyişdirmək cəhdlərini davam etdirir”, deyə Azərbaycan prezidenti İlham Əliyev bildirib. O, ATƏT-in Minsk qrupu tərəfindən tənzimlənən danışıqların hazırkı formatını dəstəkləyib. Cənab Prezident Ermənistan tərəfinin təklifini qəbuledilməz hesab edir.

“Biz bu təlimlərlə kimisə hədələmək niyyətimiz yoxdur. Ermənistan Azərbaycanın iqtisadi və hərbi gücündən xəbərdardır. Digər tərəfdən, Ermənistan həmişə işğalçı kimi təzyiq altında olmalıdır", - deyə vitse-spiker Ziyafət Əsgərov bildirib.

Təqaüdçü polkovnik, keçmiş hərbi komandir Şair Ramaldanov təlimlər barədə fikirlərini bölüşüb:

"Düşünürəm ki, bu, işğal olunmuş torpaqları hərbi yolla azad etmək və ərazi bütövlüyünü bərpa etmək məcburiyyətində qaldıqda istifadə oluna biləcək variantlardan biridir"- deyə o bildirib.

Onun verdiyi məlumata görə, təlimlər Qarabağdakı hərbi əməliyyatlara mümkün qədər yaxın şəraitdə keçirilir.

Təlimlər müntəzəm və əvvəlcədən planlaşdırılmışdır, lakin eyni zamanda, yeni yüksəlmənin reallığını rəqibə xatırlatmaq niyyətindədirlər" -  deyə Bakıdakı analitik Toğrul Cuvarlı bildirib. O inanır ki, Qarabağ münaqişəsinin yeni təzyiqi 2016-cı ildəki "Aprel Müharibəsi"ndən üstün ola bilər.

Azərbaycan tərəfi ermənilərin davranışını sülh prosesinin pozulması kimi  qəbul edir. Ermənistanın davranışları problemi həll etmək niyyətində olmadığını və daha çox vaxt qazanmaq istədiklərini nümayiş etdirir.

Ermənistanın mövqeyindəki kəskinlik Erməni əhalisinin razılığını qazanmaq üçün Paşinyanın daxili siyasətində uğur qazanmaq istəyinə hesablanıb.

 

Ermənistanın münasibəti

Ermənistan Respublikası və separatçı Dağlıq Qarabağ rejiminin rəsmiləri Azərbaycanın hərbi təlimlərinə fərqli reaksiya göstərib. Bəziləri düşünür ki, bu, danışıqlar prosesinə zərbə vuracaq və bəziləri narahatlığa ehtiyac olmadığını hesab edir.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan hərbi təlimləri ATƏT-in beynəlxalq öhdəlikləri pozması kimi görür. Ermənistanın müdafiə naziri Davit Tonoyan 12 mart tarixində Aysor.am-a verdiyi müsahibəsində hərbi təlimlər barədə narahatlığa ehtiyac olmadığını vurğulayıb.

"Hərbi təlimlərin keçirilməsi özü beynəlxalq öhdəliklərin pozulmasıdır, amma bu an Ermənistan Azərbaycanda hərbi təlimlərin sürətinə tam olaraq nəzarət edir. Narahatlığa ehtiyac yoxdur.”

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan planlaşdırılmış hərbi təlimləri Paşinyanla Əliyev arasında keçirilmiş görüşün kontekstində təzyiq göstərməyə cəhd hesab edir.

"Biz qorxmayacağıq, ölkəmizi inkişaf etdirmək və gücləndirmək, ordumuzun döyüş qabiliyyətini artırmaq və düzgün geosiyasəti aparmaqda davam edəcəyik. Bu, belə bir təcavüzə qarşı müqavimətin açarıdır" – deyə qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin mətbuat katibi Davit Babayan bildirib.

Dağlıq Qarabağ separatçılarının müşaviri Tiqran İbrahamyan da təlimlər barədə fikirlərini bölüşüb.

"Böyük miqyaslı hərbi təlimlərin ehtiyatla böyüməsi riski həmişə yüksəkdir. Ölkəmizin sərhəd yaxınlığında periodik məşqlər apararkən gözlənilməzlik yalnız bir ssenaridə ola bilər. Hər dəfə hərbi təlimlər keçiririk və hərtərəfli müharibəyə gətirib çıxara biləcəyik".

Hərbi təlimlər və ATƏT-in Minsk qrupunun danışıq prosesində dəyişikliyə ehtiyac olmadığına dair bəyanatından sonra Ermənistan separatçı rejimin paytaxtı Xankəndidə birgə Milli Təhlükəsizlik Şurasını təşkil edib.

“Azərbaycan hərbi təlimləri ATƏT-in Minsk qrupunun Vyanada və Sankt-Peterburqda imzalanmış müqavilələrinə ziddiyyət təşkil edir, hətta bu danışıqlara hazır olduğumuz üçün bizim üçün bir maneə deyil” -  deyə Milli Məclisin "Mənim Addımım" fraksiyasının deputatı Hovhannes İgidyan martın 13-də Milli Məclisdə jurnalistlərə bildirib.

İgidyan qeyd edib ki, Ermənistan və separatçı Dağlıq Qarabağ Respublikasının Milli Təhlükəsizlik Şuralarının birgə iclası Azərbaycanın hərbi təlimlərinə və ya həmsədrlərin bəyanatına cavab vermir.

Ümumiyyətlə, Ermənistan rəsmiləri Azərbaycan təlimlərini onlara təzyiq kimi qəbul edirlər və Xankəndidə birgə Milli Təhlükəsizlik Şurasına qarşı reaksiya kimi qəbul edirlər.

Milli Təhlükəsizlik Şurasının keçirilməsi və işğal altında olan ərazilərdə məskunlaşma təlimatı kimi ermənilərin qıcıqlandırıcı hərəkətləri Azərbaycan tərəfindən müzakirə prosesinə təhlükə kimi qəbul edilir. Bu, Azərbaycanı münaqişənin həlli ilə bağlı sərt istiqamət seçməyə çağırır. Azərbaycan heç bir ölkəyə təhlükə yaratmır vəhədələmir, lakin bu cür hərəkətlərin qarşısını almaq üçün sərt reaksiya lazımdır.

 

Hazırladı: Ülvi Əhmədli,

Tərcümə etdi: Gülnarə Məmmədova

Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO

Xəbər xətti

Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Hamısı