Uzaq Meğridə ciddi böhran: Ermənistan Azərbaycan Ordusu qarşında duruş gətirə bilərmi?

Münaqişələr 17:39 28.03.2019
Xəbər verdiyimiz kimi, Ermənistanın Meğri rayonunda onlarla əsgər komandirlərin əmrlərini icra etməyərək, hərbi hissənin daimi dislokasiya məntəqəsini tərk edərək, şəhərə çıxıblar. 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan hərbi hissənin yuxarı komandanlığı tərəfindən xidməti araşdırma aparıldığını və əsgərlərlə yanaşı komandir heyətinin də cəzalandırılacağını bildirib. 

Məlumatlara görə, intizamsız erməni əsgərlər digər hərbi hissələrə köçürülüb, bir sıra zabitlər isə tutduqları vəzifələrdən azad edilib. Xüsusilə sıravi əsgər heyəti Ermənistanda və işğal altında olan Qarabağda dislokasiya olunan müxtəlif ön xətt hərbi hissələrinə köçürülüblər. Əslində isə baş verən hadisə düşmən ölkənin daha dərin bir böhran keçirdiyini aşkara çıxardı. 

Artıq Ermənistanda daxili çağırışların getdikcə böyüdüyünü və təmamilə əks mühitin hökm sürdüyünü ciddi təşvişlə vurğulayırlar. Çünki bu təhdid nə görünən, nə də qarşısı alına biləndir. Məsələn, insanlar çox zaman daxili çağırışların ağırlığını hiss etmir, bu, gözlənilmədən və qəflətən gəlir. Məsələn, Paşinyanın rəhbərlik etdiyi hökumət kimi... 

Meğridəki hərbi hissədə baş verənlər də məhz daxili çağırışdır və bunun baş verməsi Ermənistanda heç vaxt ehtimal edilməyib. Faktiki olaraq, onlarla erməni əsgəri hərbi hissənin adi həyat tərzini pozmağa və zabitləri onların oyun qaydalarına tabe olmağa məcbur etməyə nail olub. Belə ki, tam bir hərbi hissə sıradan çıxarılmaqla, sıfır intizam və olduqca aşağı hərbi xidməti hazırlıq nümayiş etdirilib. 

Maraqlısı budur ki, problem xeyli müddətdir mövcud olub və heç kim bunu həll etməyi bacarmayıb. Əgər bölük komandiri öz vəzifə borclarını yerinə yetirə bilmir və bölüyü idarə edə bilmirsə, bu həll edilən məsələdir. Lakin alay komandiri, onun müavinləri, korpus komandiri, hərbi polis fəaliyyətsizlik göstərirsə, artıq bu böhranın genişliyinin əlamətidir. 

Meğridə baş verən hadisə onu göstərdi ki, Ermənistan ordusunda indiyədək komandirlər əsgərlər arasında kriminal düşüncəsini silməyə nail ola bilməyiblər. Deməli indiyədək, “yaxşı, çasta baxan” anlayışları mövcuddur. Əsgərlər isə ikiyə bölünərək güclülər və zəiflərdən ibarət olmaqda qalır, güclülər zəifləri istismar etməkdə davam edir. Erməni cəmiyyətinin gənc təbəqəsi arasında oğru aləmi düşüncəsi və cinayətkar avtoritet anlayışları da qalmaqdadır. Erməni çağırışçılar bu anlayışları özləri ilə bərabər hərbi hissələrə daşıyır və komandirlərlə yanaşı, zəif əsgərləri də sınağa çəkirlər. 

Bütün bunlarla yanaşı, Ermənistandakı daxili böhrana baxdıqda sual yaranır, sabah müharibə olarsa, Meğridəki hərbi hissə bölmələrimizə qarşı müqavimət göstərə bilərmi? Təbii ki, belə bir aşağı səviyyədə nizam-intizamı olan hərbi hissə, əsgərləri komandirin əmrini belə icra etmədiyi halda, ordu bölmələrimizin qarşısında duruş gətirə bilməz. Yanında xidmət edənin “imtiyazlı əsgər” olduğunu bilən digər sıravi erməni əsgəri döyüşə bilməz. Çünki “imtiyazlı olanlar” hərbi hissədə olduğu kimi, döyüşdə də mehmanxana şəraiti qurmağa çalışacaqlar. 

Bu kateqoriyadan olan erməni çağırışçılar Ermənistanda təhdid, ən həlledici məqamlarda partlayan minalara bənzəyir. Meğridə baş verən hadisə digər hərbi hissələrə də təsir edərsə, bu daha da maraqlı vüsət alar. Əgər Meğridə hərbi hissəni kütləvi tərk ediblərsə, bunun digər hərbi hissələrdə də baş verməyəcəyinə zəmanət yoxdur. 

Alpər Mövludoğlu
Ordu.az
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Hamısı