Aprel döyüşləri Əsgərin xatirələri

Münaqişələr 12:36 02.04.2019

2016-cı il Aprel ayı Azərbaycan Ordusunun tarixində yeni bir səhifə açıb. Talışkənd və Lələtəpə istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusu bir sıra strateji yüksəkliyi ələ aldı.

Xarici qüvvələrin təzyiqləri nəticəsində ordumuz döyüşləri 5 Aprel tarixində dayandırdı.

Həmin döyüşlər mənim əsgərlik illərimə təsadüf elədi və biz də əməliyyatların iştirakçısı olduq. Döyüşlə bağlı öz xatirələrimi sizinlə paylaşıram. Mən o zaman N saylı hərbi hissənin Naftalan şəhərində yerləşən minaatan batereyasında xidmət edirdim.

Döyüşdən əvvəl Mart ayında hərbi hissələrimizdə geniş təlimlər başladı. Bu təlimlərdə biz təpəliklərdə müharibə ssenarisini həyata keçirirdik.

Təlimlər zamanı bizimlə batereyanın baş zabiti şəhid baş-leytenant Novruzov Mirzə də iştirak edirdi. O, bu cür təlimlərin ilk dəfə keçirildiyini söylədi, bir neçə birləşmə eyni zamanda birgə təlim keçirdi.

Qeyd etmək lazımdır ki, 2016-cı il başlayandan cəbhə xəttində qızğın atışmalar gedirdi və hər gün yüz dəfədən çox atəşkəs pozulurdu. Cəbhədən bir neçə dəfə itki və yaralılar barədə xəbərlər də almışdıq.

Ümumiyyətlə düşmən tərəf sadəcə 2016-cı ildə deyil, 2015-ci ildə də qızğın şəkildə və artilleriyadan da istifadə edərək bizə qarşı atəşlər həyata keçirirdi.

Bu hücumların qarşısını almaq üçün, Azərbaycan Ordusu tutarlı cavabı Aprel ayına təsadüf elədi.

Aprel ayının 1-i günortadan sonra taborumuz həyəcan siqnalı ilə döyüş mövqelərimizə qaldırıldı. Artıq 2 Aprel saat 3-ü keçmişdi biz hazır vəziyyətdə mövqedə komandanı gözləyirdik.

Təxminən saat 3-4 arası atəş komandası gəldikdə biz öz vəzifəmizin icrasına başladıq. Döyüş zamanı artilleriya hissələri ilə düşmənin mövqelərinə zərbələr endirdik.

Ehtiyat hissədə olduğumuzdan dolayı ilk dəfə idi ki, döyüş mərmilərindən istifadə edirdik. Əgər həmin gecə kənardan baxılsaydı əsgərlərimizdəki sevinc hissi görülərdi.

Fərqli mövqelərdən atəşlər apararaq piyada bölüklərimizin irəliləməsinə dəstək verirdik. Bunu da qeyd edim ki, bəlkə də hər dəqiqə mərmi səsi eşidilirdi, döyüş sonrası artilleriya birləşmələrindən aldığım say ilə vaxtı tutuşdursaq hər dəqiqəyə bir mərmi düşdüyünü desəm yanılmaram. Lakin düşmənin atəşləri isə olduqca zəif idi.

Aprel ayının 4-ü batareyamız Tapqaraqoyunlu kəndinə yerləşmişdi. Düşmən birləşmələri bizim mövqeyimizi dronla çəkərək atəş açmağa başladı. Həmin atəşlər zamanı komandirimiz baş-leytenant Novruzov Mirzə şəhid oldu.

Onun cəsədi və qanı hələ də gözümün önündən getmir. Komandirimizin ölümü əsgərlərin də qəlbini sarsıtdı. Nəinki, batareyamızın bütün hərbi hissənin hörmət etdiyi zabit şəhid oldu.

Aprel ayının 5-i səhər vaxtı biz döyüş mövqelərimizdən geriyə taborumuza qayıtdıq. Digər bölüklərdən olan əsgər yoldaşlarımızla görüşdüyümüz zaman baş vermiş vəziyyəti danışdıq. Onlar mənə 3 əsgərimizin şəhid olduğunu söylədi.

O adlardan biri isə mənim əsgərliyə eyni vaxtda gəldiyim əsgər yoldaşım Orucov Müşviq idi.

Əsgərliyə eyni vaxtda çağrılmışdıq, çox yaxşı münasibətimiz zarafatımız vardı. Əsgər Orucov çalışqan və mehriban insan kimi yaddaşımda qalacaq.

Əlbəttə döyüşlər itkisiz olmur, heç bir şey bizim içimizdəki mübariz ruhu sındıra bilməz. İnanıram ki, nə zamansa biz öz torpaqlarımıza qayıdacayıq.

 

Ülvi Əhmədli

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı