Aprel savaşı necə başladı Zabitlər danışdı

Münaqişələr 14:15 02.04.2019

Bu gün aprel döyüşlərindən 3 il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib.

Report-un xəbərinə görə, Azərbaycan Ordusunun həmin döyüşlərin iştirakçısı olan hərbi qulluqçuları xatirələrini danışıblar.

"O gün ermənilər Azərbaycan Ordusunun gücünə şahid oldu"

Mayor Zaur Məmmədov deyib ki, babası vaxtilə erməni vəhşiliyinin qurbanı olub:

“Babam Əbil Abbasov meşəbəyi idi. Müharibə ərəfəsində ermənilər meşəni tərk etməsini tələb etsələr də, babam buna razı olmayıb. Azğınlaşan düşmən babamı ağackəsən mişarla vəhşicəsinə doğrayıb quyuya atıblar. Əmilərim günlərlə babamı axtarsalar da, tapa bilməyiblər. Telman adlı erməni babamın öldürülərək quyuya atıldığı xəbərini göndərəndən sonra meyitini tapıb dəfn ediblər. Sonra öyrəndik ki, Telmanın bizə xəbər verdiyini bilən ermənilər, onu kəndin içində diri-diri yandırıblar. Uşaqlığım ermənilərin vəhşiliklərini görməklə və dinləməklə keçib".

O qeyd edib ki, aprel döyüşlərinə qürur hissi lə atılıb: "Ürəklə döyüşdüm, yaralandım da. Torpaqlarımızın müəyyən bir hissəsini azad etdik. Aprel döyüşləri tək bizim deyil, xalqımızın qürur mənbəyidir. O gün ermənilər Azərbaycan Ordusunun gücünə, Azərbaycan əsgərinin döyüş əzminə və ruh yüksəkliyinə şahid oldu.

Azərbaycan əsgəri Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirir. 2016-cı ilin aprelində əsgərlərimiz dəyanətlə irəli atılıb düşməni torpaqlarımızdan geri çəkilməyə məcbur etdilər. Hamı mərdliklə döyüşdü. Bu döyüşlərdə ordu ilə xalqın birliyinin səviyyəsi də təsdiqləndi. Dünya ictimaiyyəti gördü ki, xalq ordusuna inanır, ordu xalqa arxalanır.

İstəyirəm ki, əsgərlərimiz savadlı, mərd, cəsarətli və iradəli olsunlar. Ən əsası iradəli olmaq lazımdı. Çünki xidmət dövründə insan psixologiyasına təsir edən bir çox nüanslar olur. Vətən keşiyində dayananda ən çox güc iradənin üzərinə düşür. Savadlı olmalarını, daim mütaliə etmələrini məsləhət görürəm. Hərbi biliklərə dərindən yiyələnmək müharibədə uğur qazanmaq deməkdir.

Torpaqlarımızı işğaldan azad edəcəyik. Uşaqlığım Şuşada, Xankəndidə keçməsə də, qocalığımı Qarabağda yaşamağı arzulayıram".

"Düşmən silahını, texnikasını, meyitlərini qoyaraq qaçmağa başladı"

Kapitan Orxan Həsənov isə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan aprel döyüşlərini belə xatırlayır:

"2016-cı il. Aprelin 1-i... Adi, sıradan bir gün kimi açılan sabahın gecəsi tarixə dönəcəkmiş. Özü də illərdir xalqımızın həsrətində olduğu bir tarixə.

Düşmən atəşkəsi daim pozur və cavab atəşi ilə susdurulurdu. Gecə yarı yenə güllə səsləri eşidildi. Lakin bu dəfə düşmənin fikri fərqli imiş. Bölməyə həyəcan siqnalı verildi. Bir anın içində tanklarımızı, döyüş maşınlarımızı işə saldıq, heyət nəfərləri yerlərini aldı. Əks-hücuma keçdik. O anlarda hərbçilərimizin üzündə yalnız sevinc hissi vardı. Hamı bir nəfər kimi döyüşlərə ruh yüksəkliyi ilə qatıldı. Şəxsi heyət bu günü gözləyirmiş kimi düşmən üzərinə şığıdı. Düşmənin məkrli niyyətini ürəyində boğaraq murdar ayaqları ilə bir addım belə atmağa imkan vermədik. Tanklarımızla bütün maneələri darmadağın edərək Talış yüksəkliyinə kimi irəlilədik. Düşmənin planı pozulmuşdu. Bu anlarda özünü itirərək geri çəkilən düşməni sadəcə silah və texnikalarımız deyil, hərbçilərimizin Vətən, torpaq sevgisi də qorxuya salmışdı. Bu döyüşlərdə rütbəsindən, vəzifəsindən asılı olmayaraq hər kəs yumruq kimi bir olaraq düşmənin geriləməsinə, məhvinə səbəb oldu. Qorxubilməz, cəsur oğullarımızın gücü qarşısında acizləşən düşmən silahını, texnikasını, meyitlərini belə qoyaraq qaçmağa başladı. Bu döyüşlər sübut etdi ki, erməni ordusu da, əsgəri də Azərbaycan Ordusundan və əsgərindən çox zəifdi. Biz bunu bütün dünyaya sübut etdik. Göstərdik ki, düşmən əzəli və əbədi torpaqlarımızdan xoşluqla çıxmasa, Ali Baş Komandanımızın əmri ilə onları məhv etməyə qadirik.

Ordumuzun aprel zəfərindən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi "Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir" kəlamları ruhumuzu oxşadı. Xalqımıza yaxın gələcəkdə Böyük Qələbə sevincini yaşadacağımıza əminik".

"Ermənilər gözləmədikləri halda əks-hücuma məruz qalanda özlərini itirdilər"

Gizir Babək Həmidov isə bildirib ki, Lələtəpənin və bir neçə postun işğaldan azad olunmasında iştirak edib və döyüşlərdə iştirakı ilə əlaqədar "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif olunub. "Azərbaycan Ordusu" qəzetinə danışan B.Həmidov deyib: "Aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələrinin məkirli planlarının qarşısını ordumuz zamanında və layiqincə aldı.

Onların bu planları bir anın içərisində alt-üst edildi. Ermənilər gözləmədikləri halda əks-hücuma məruz qalanda özlərini itirdilər.

Əsgərlərimiz döyüşlərə atıldı. Düşmənin əsgərləri qoruduqları postları qoyub geri qaçırdılar. Axı bu torpaqlar onların deyil, bu yerlər onların Vətəni olsaydı, onlar da bizim kimi həmin torpaqlar uğrunda şəhid olmağı şərəf sayardılar.

Əsgərlərimizin qəhrəmanlığı erməniləri vahiməyə salmışdı. Biz son nəfəsimizə qədər döyüşmək fikriylə bu döyüşlərə atılanda ancaq düşməni məhv etməyi düşünürdük. Atılan güllələrin, mərmilərin, topların sayəsində göy üzü işığa qərq olmuşdu. Sanki qaranlıqdan əsər-əlamət yox idi. Döyüş gedirdi. Şəxsi heyətdən heç kim gözünü yumub, dincəlmək istəmirdi. Təpə-təpə, keçid-keçid təmizlədiyimiz torpaqlardan güc alırdıq. O torpaqlara toxunmağın, üstündə addımlamağın verdiyi hissi izah etməyə söz tapa bilmirəm. Beynimizdə bircə fikir vardı: irəliyə, daha da irəliyə...

Aprelin 4-ü axşam saatlarında ürəyimdən və ayağımdan qəlpə yarası aldım. Heç bir ağrı hiss etmirdim. Sadəcə heyifsilənirdim ki, döyüşlərdən uzaqlaşacam...

Ali Baş Komandanımız cənab İlham Əliyevin cəbhə bölgəsində, azad edilmiş ərazidə aprel döyüşlərinin iştirakçıları ilə görüşərkən böyük fəxarətlə dediyi "Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi" kəlamları bizlərə könül xoşluğu yaşadır.

Mən bu döyüşlərdə iştirakımla əlaqədar "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif olunmuşam.

Bu gün aprel hadisələrini qürurla xatırlayırıq. İnamımızın, ümidimizin, mübarizliyimizin şahidi olduq. Dörd gün ərzində ürəyimizdəki ümid qığılcımları, qisas hissi, birlik duyğusu daha da canlandı. Bir olduq. Birliyimizi düşmənlərimizlə yanaşı, dünyaya da bəyan etdik".

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı