Pakistanda dəhşətli terakt - sərnişinləri düşürüb… | Eurasia Diary - ednews.net

24 May, Cümə


Pakistanda dəhşətli terakt - sərnişinləri düşürüb…

Münaqişələr A- A A+

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində silahlı şəxslər avtoyolda bir neçə sərnişin avtobusunu dayandırdıqdan sonra 14 nəfəri öldürüblər.

Eurasia Diary xəbər verir ki, bu barədə “Yeni Akit” informasiya yayıb.

Məlumata görə, silahlı şəxslər avtobusları dayandıraraq insanların nəqliyyat vasitəsindən enməsini tələb edib. Sərnişinlərin vəsiqələrini yoxlayan silahlı şəxslər burada 14 nəfər qətlə yetirib.

Faktla bağlı araşdırma başladılıb.

Pakistanın Baş naziri İmran Xan həyatını itirənlərin yaxınlarına başsağlığı verərək, “bu xain terror aktını”qınadığını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...