Gənclər Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıdırlar | Eurasia Diary - ednews.net

19 May,


Gənclər Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıdırlar

Bu barədə "Erməni yalanları" adlı konfransda müzakirə olunub

Münaqişələr A- A A+

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə 18 aprel 2019-cu il tarixində keçirilmiş "Erməni yalanları" adlı konfransda müzakirə olunan hadisələr və qəbul edilən qərarlar:

- ermənilərin yeni ərazilər işğal etmək iddiasında olması və bu səbəbdən gələcəkdə çox ciddi mübarizənin baş verəcəyi;

- böyük ermənistan yaratmaq istəyən ermənilərin öz xülyalarına çatmaq üçün terroru əsas vasitə kimi seçməklə kifayətlənməyərək, ermənilərin soyqırıma məruz qaldığını iddia etməklə və əzabkeş xalq olduqları obrazı yaratmaqla öz terrorçu fəaliyyətini gizlətməyə çalışması;

- saxta erməni soyqırımı iddialarının irəli sürüldüyü və erməni terror təşkilatlarının təşəkkül tapdığı tarixlərin eyni olması;

- erməni soyqırımının heç bir sübutu, dəlili olmadan dünyaya yayılması, amma Xocalı soyqırımının video, şəkil, sənəd və digər dəlilləri ola-ola azərbaycanlıların bütün dünyaya bunu yaya bilməməsi. Azərbaycanlıların erməni yalanlarını lazımı səviyyədə deyil, dolma, tütək, sarı gəlin, lavaş səviyyəsində ifşa etməsi;

- informasiyanın çatdırılması vasitəsilə müharibədə əldə olunan böyük üstünlüyü vurğulayaraq azərbaycanlıların birlikdə, bir-birinə dəstək olaraq ermənilərin işğalçı, terrorçu və saxtakar siyasəti ilə mübarizə aparmağının və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında hər bir azərbaycanlının öz imkanı daxilində fəaliyyət göstərməsinin vacibliyi;

- İrəvan xanlığı tarixi və xəritəsinin, deportasiya həqiqətlərinin dünyaya yayılması;

- rayonlarda ermənilərin törətdiyi soyqırımların abidələrinin ucaldılması.

 

Təbriz Abbasov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...