Türkiyə-İraq sərhədində davam edən antiterror əməliyyatı zamanı Türkiyə Ordusunun 4 hərbçisi şəhid olub, 6-sı yaralanıb.
Eurasia Diary “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Müdafiə Nazirliyinin İctimai əlaqələr idarəsi yayıb.
***
Türkiyə Ordusunun İraqla sərhədində davam edən hərbi əməliyyatları zamanı 2 türk əsgəri həlak olub, 7 hərbçi yaralanıb.
Eurasia Diary Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, bölgədəki hərbi əməliyyatlar davam etdirilir. Terrorçuların mövqeləri qurudan və havadan intensiv atəşə məruz qalır.