Teraktla bağlı məsuliyyəti İŞİD üzərinə götürüb.
“News 1st” televiziyası teraktları törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayının 40 nəfərə çatdığını bildirib.
Qeyd edək ki, bazar günü Şri Lankada 8 terakt baş verib. Teraktlar ölkənin 4 şəhərində baş tutub. Terrorçular əsas hədəf kimi kilsə və otelləri seçiblər.
***
Şri-Lankada aprelin 21-i baş verən terror aktları nəticəsində ölənlərin sayı 310 nəfər çatıb.
Eurasia Diary-nin "News 1st" telekanalına istinadən verdiyi məlumata görə, xəsarət alanların sayı 480 nəfər təşkil edir.
Daha əvvəl 290 nəfərin öldüyü, 500 nəfərin isə yaralandığı bildirilirdi.
Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.
Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.
Aprelin 23-ü Şri-Lankada matəm günü elan edilib.