Şri-Lankanın paytaxtı Kolombo şəhərində kinoteatr yaxınlığında partlayış olub.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Yerli hökumət rəsmiləri "Savoy" kinoteatrı yaxınlığında motosikletə bərkidilmiş qurğunun partladıldığını açıqlayıb.
Xatırladaq ki, Şri-Lankada silsilə partlayış qurbanlarının sayı 359-a çatıb.