Şri Lanka Prezidenti Maytripala Sirisena xüsusi xidmət orqanlarının rəhbərlərini ölkədə törədilən teraktlara görə vəzifələrindən azad edib.
Eurasia Diary xəbər verir ki, Sirisena həmçinin ölkə polisi və təhlükəsizlik qüvvələrinin tərkibini yaxın bir həftə ərzində dəyişəcəyini də bildirib.
“Röyter” agentliyi isə Şri Lankaya ABŞ Federal Təhqiqatlar Bürosunun öz nümayəndələrini göndərdiyini yazıb. FTB nümayəndələrinin burada teraktın araşdırılması üçün yerli xüsusi xidmət orqanlarına yardım göstərməsi nəzərdə tutulub.
Qeyd edək ki, Şri Lankada aprelin 21-də törədilən silsilə teraktların nəticəsində 359 nəfər həlak olub.