Yeni Zelandiya terroru nəticəsində ölənlərin sayı artıb | Eurasia Diary - ednews.net

21 İyul,


Yeni Zelandiya terroru nəticəsində ölənlərin sayı artıb

Münaqişələr A- A A+

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki Əl-Nur məscidində törədilmiş terror aktı nəticəsində yaralanmış şəxslərdən biri – 46 yaşlı kişi müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Eurasia Diary xəbər verir ki, bu barədə Yeni Zelandiya polisinin internet səhifəsində qeyd olunub.

Türkiyə XİN-in yaydığı məlumata görə, dünyasını dəyişən şəxs Türkiyə vətəndaşı Zəkəriyə Turandır. Belə olan halda, terror hücumu nəticəsində ölənlərin sayı 51 nəfərə çatmış olub.

Qeyd edək ki, Kraystçerç terroru martın 15-də baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...