İŞİD-in Mərkəzi Asiyadakı başçısı məhv edildi | Eurasia Diary - ednews.net

19 May,


İŞİD-in Mərkəzi Asiyadakı başçısı məhv edildi

Münaqişələr A- A A+

Əfqanıstan xüsusi qüvvələri ölkənin şimalında və Mərkəzi Asiyada terrorçuların fəaliyyətinə rəhbərlik edən İŞİD silahli qruplaşmasının başçısını məhv ediblər.

Eurasia Diary Trend-ə istinadən bildirir ki, əməliyyat aprelin 3-ü gecə baş tutub. Dəqiqləşdirilir ki, silahlıların lideri olan Müfti Özbək terrorçuların Əfqanıstanın şimal hissələrində fəaliyyətlərinə görə cavabdeh olub, terror aktlarının təşkilində və planlaşdırılmasında iştirak edib. Həmçinin o, Mərkəzi Asiyada terror əməliyyatlarının maliyyələşdirməsi ilə məşğul idi.

Xüsusi qüvvələr Əfqanıstanın şimal-şərqində yerləşən Baqlan əyalətində də ən azı üç silahlını məhv ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...