Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər | Eurasia Diary - ednews.net

17 Avqust, Şənbə


Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər

Münaqişələr A- A A+

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirib.

AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində PKK-nın Qara dəniz üzrə düşərgəsi ələ keçirilib. Bildirilir ki, terrorçu təşkilatın aparıcı şəxsləri bu vaxtadək Qara dəniz üzrə terror aktlarını bu qərargahda planlaşdırıblar. Həmin aktlar nəticəsində son beş ildə 11 hərbçi və 1 mülki şəxs terror qurbanı olub. Bu müddətdə təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri antiterror əməliyyatları nəticəsində 15 terrorçu məhv edilib, 6-sı tutulub, 3-ü təslim olub. Terrorçulardan 9-u Daxili İşlər Nazirliyi tərəfindən axtarılıb.

Son günlər Bitlis vilayətinin Tatvan rayonunda keçirilən antiterror əməliyyatlarında isə 6 terrorçu məhv edilib.

Ən son məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Hakurk bölgəsindəki PKK düşərgələrinə növbəti dəfə zərbə endiriblər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...