Türk komandoslar İraqa girdi - Əməliyyat başladı | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Türk komandoslar İraqa girdi - Əməliyyat başladı

Münaqişələr A- A A+

Türkiyə Silahlı Qüvvələri İraqın şimalı istiqamətində “Pəncə” əməliyyatına başlayıb.

Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, əməliyyat ötən gün günorta saatlarında “Fırtına” haubitsalarının zərbələri ilə başlayıb. Axşam 20:00 radələrində türk komandos dəstələri Şimali İraqa daxil olub. ATAK helikopterləri vasitəsilə də ərazidəki terrorçu qruplara məxsus sığınacaq, döyüş mövqeyi və anbarlara zərbələr endirilib. Hədəf kimi Hakurk bölgəsi seçilib.

Əməliyyat şəxsən Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Gülər tərəfindən idarə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...