Şəhid olan hərbi qulluqçu Qaxda dəfn olunacaq - YENİLƏNİB | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Şəhid olan hərbi qulluqçu Qaxda dəfn olunacaq - YENİLƏNİB

Münaqişələr A- A A+

Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu Qax rayonunda dəfn ediləcək.

1983-cü il təvəllüdlü Aqil Akif oğlu Omarovun nəşi səhər saatlarında Qax rayonuna gətiriləcək və rayonun Lələpaşa kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid hərbi qulluqçu ailəli olub, 2 oğlu var.

Allah rəhmət eləsin!

***

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...