Azərbaycanın Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusunun nəşi Qax rayonuna gətirilib.
Report-un məlumatına görə, şəhidin nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq onun doğulub boya başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib.
Şəhid saat 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.
Xatırladaq ki, ötən gün ermənilər cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.
***
A.Omarov Qax rayonu Lələpaşa kəndində yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
***
Bu gün şəhid hərbi qulluqçumuz Aqil Omarovla vida mərasimi keçiriləcək.
Eurasia Diary xəbər verir ki, şəhid zabitin cənazəsi Qax rayonunun Lələpaşa kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü mayor Aqil Omarov ötən gün düşmənin Ağdam rayonu istiqamətində təxribat törətməsi nəticəsində şəhid olub. Evli idi, iki oğlu yadigar qalıb.
***
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.
1983-cü il təvəllüdlü Aqil Omarov mayor olub. O, Qax rayonunun Lələpaşa kəndinə yaşayıb.
1983-cü il təvəllüdlü Aqil Omarov mayor olub. O, Qax rayonunun Lələpaşa kəndinə yaşayıb.
Tasmalı bələdiyyəsinin sədri Niyaz Həsənov Azvision.az-a bildirib ki, A.Omarov evli olub, iki oğlu yadigar qalıb.
"Aqil Omarov Balakən rayonunda qeydiyyatda olsa da, daimi yaşayış yeri Lələpaşa kəndi idi. Hərbi rütbəsi mayordur. Ailənin 3 övladından biridr. Yaşca ən böyüyü Aqil idi".
Bələdiyyə sədri qeyd edib ki, şəhidin cənazəsi sabah saat 09:00-da Lələpaşa kəndinə gətiriləcək, onunla vida mərasimi keçiriləcək. Şəhidin nəşi həmin kənddə torpağa tapşırılacaq.