ABŞ müharibə hazırlığına başladı - Gözlər İranda | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


ABŞ müharibə hazırlığına başladı - Gözlər İranda

Münaqişələr A- A A+

ABŞ-ın İrandan gələcək təhlükələrə qarşı tədbir məqsədilə Yaxın Şərqə dislokasiya etdiyi “USS Abraham Lincoln” döyüş gəmisinin hücum qrupu və nüvə başlığı yerləşdirilmiş “B-52” bombardmançı qırıcısı hərbi təlimə başlayıb.

Eurasia Diary Teleqraf.com-a istinadən xəbər verir ki, “F/A-18 Super Hornet” qırıcısı, “MH-60 Sea Hawk” helikopterləri və digər hərbi texnika da təlimlərə qatılıb.

ABŞ-ın mayın əvvəlində Körfəzə nüvə başlığı yerləşdirilmiş bombardmançı qıcılar və canlı hərbi qüvvə göndərməsi bölgədə vəziyyəti gərginləşdirib.

Rəsmi Vaşinqton Yaxın Şərqə göndərilən qrupa “Patriot” raket batereyası və “USS Arlington” döyüş gəmisinin qatılacağını da açıqlayıb.

İran tərəfi ABŞ-ın bu addımını müharibə hazırlığı adlandırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...