Səudiyyəyə ağır zərbə vuruldu - 20-dən çox hərbi məntəqə ələ keçirildi | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Səudiyyəyə ağır zərbə vuruldu - 20-dən çox hərbi məntəqə ələ keçirildi

Münaqişələr A- A A+

Husilər Səudiyyə Ərəbistanı torpaqlarında 20-dən çox hərbi məntəqəni ələ keçirib.

Eurasia Diary xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Səri məlumat yayıb. O, 72 saat davam edən hücumlar nəticəsində Səudiyyə Ərəbistanının cənub sərhədinə yaxın Nəcran şəhərinin nəzarətindəki hərbi nöqtələrin ələ keçirildiyini söyləyib.

Səri qarşıdurmalar nəticəsində beynəlxalq koalisiyanın tabeliyindəki 200-dən çox əsgərin öldüyünü və yaralandığını, bəzilərinin isə girov götürüldüyünü bildirib.

O, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyaya aid 20-dən çox zirehli texnikanın məhv edildiyini, xeyli sayda hərbi sursat və cəbbəxananın ələ keçirildiyini deyib.

Sözçü açıqlamasında hücumun görüntülərinin yaxın müddətdə mediada yayımlanacağını da əlavə edib.

axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...