Yəmən Səudiyyə Ərəbistanının ərazisinə soxuldu - Müharibə qızışır | Eurasia Diary - ednews.net

20 İyun, Cümə axşamı


Yəmən Səudiyyə Ərəbistanının ərazisinə soxuldu - Müharibə qızışır

Münaqişələr A- A A+

Yəmənin “Ənsar Alla” (husilər) hərəkatının döyüşçüləri son üç sutka ərzində Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nacran əyalətində bu ölkənin ordusunun mövqelərinə irimiqyaslı hücuma keçiblər və bir sıra hərbi və polis sərhəd məntəqələrini ələ keçiriblər. Eurasia Diary “EurAsia Daily” nəşrinə istinadən xəbər verir ki, Yəmənin “Saba” agentliyinin bildirdiyinə görə, 20-dən çox məntəqə husilərin əlinə keçib.

Husilərin komandanlığı bildirib ki, Səudiyyə Ərəbistanının ordusunun və təhlükəsizlik qüvvələrinin obyektləri 72 saatlıq əməliyyat nəticəsində monarxiyanın ərazisinə daxil olmaqla ələ keçirilib.

Mənbə qeyd edir ki, husilər üç istiqamətdən hücuma keçiblər. Hərbi əməliyyatların gedişində Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin 200-dən çox əsgər və zabiti öldürülüb, Ər-Riyadın başçılıq etdiyi koalisiyaya məxsus 20-dən artıq zirehli avtomobil məhv edilib.

Eyni zamanda, Səudiyyə Ərəbistanının hərbi-hava qüvvələri tərəfindən hücuma keçmiş husilərin mövqelərinə 75-ə yaxın hava zərbəsinin endirildiyi bildirilir. Lakin bu zərbələr Yəmən döyüşçülərinin hücumunu dayandıra bilməyib.

Hələlik krallıq hakimiyyəti husilərin Səudiyyə Ərəbistanı ərazisinə irimiqyaslı müdaxiləsi barədə rəsmi məlumat verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...