Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud sürətdə pozmaqla növbəti dəfə təxribat törədib.
Ordu.az-ın Qərb bürosunun məlumatına görə, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Gədəbəy rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Xəlilov Elşən Vüqar oğlu şəhid olub.
Məlumata görə, o, SVD markalı snayperlə vurulub. Şəhid hərbi qulluqçumuz Gədəbəy rayonunun İnəkboğan kəndində dəfn edilib. O, bir il idi ki, hərbi xidmətdə olub.
Məlumata görə, o, SVD markalı snayperlə vurulub. Şəhid hərbi qulluqçumuz Gədəbəy rayonunun İnəkboğan kəndində dəfn edilib. O, bir il idi ki, hərbi xidmətdə olub.
Ailənin tək oğul övladıdır, birinci qrup əlil xəstə bacısı var.
***
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!