Azərbaycan əsgəri vəfat edib | Eurasia Diary - ednews.net

24 İyul, Çərşənbə


Azərbaycan əsgəri vəfat edib

Münaqişələr A- A A+

Elnur Əsgərzadə İmişlidə torpağa tapşırılıb

İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılmış və Murovdağda xidmət etdiyi bildirilən Elnur Bəhram oğlu Əsgərzadə vəfat edib. Yaxınlarının sözlərinə görə, o, iyunun 7-də başından güllə yarası alıb və Gəncə şəhər hospitalına yerləşdirilib. 20 gün koma vəziyyətində olan əsgəri həyata qaytarmaq mümkün olmayıb.

“Avropa.info” saytının məlumatına görə, Elnur Əsgərzadə iyunun 19-da İmişli rayonunun Qaralar kəndində dəfn edilib.

Hərbçinin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), İmişli Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi bildirilir.

Müdafiə Nazirliyi faktla bağlı hər hansı açıqlama verməyib.

Elnur Bəhram oğlu Əsgərzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...