İran istənilən təcavüzə qarşı həlledici cavab verməyə hazırdır.
Eurasia Diary Axar.az-a istnadən xəbər verir ki, bu sözləri İran Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Keyvan Xosravi deyib.
“İranın belə bir addımından sonra ABŞ-ın hər hansı hərbi tədbir görməyə haqqı yoxdur. İran istənilən təcavüzkar addıma qarşı hərəkətə keçməyə tam hazırdır”, - deyə Xosravi bildirib.
Qeyd edək ki, dünən səhər saatlarında Oman körfəzində İran hərbi qüvvələri ABŞ PUA-nı məhv edib. Tramp isə bununla bağlı jurnalistlərə açıqlamasında Tehranın böyük xəta etdiyini vurğulayıb.
Müxtəlif ekspertlər hesab edir ki, İranın bu addımı ABŞ-ın səbir kasasını daşıracaq və regionda ciddi qarşıdurmaya gətirib çıxaracaq.