Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Hayk Allaverdiyan qeyri-müəyyən şəraitdə həlak olub.
Bu barədə Ermənistan Müdafiə Nazirinin mətbuat katibi Artsun Hovanisyan öz facebook səyfəsində məlumat verib.
Qeyd edək ki, son bir ildə Ermənistan ordusunda qeyri-döyüş hallarında əsgər ölümlərinin sayı artıb.
Erməni ekspertlər bunu inqilabdan sonra müdafiə nazirliyinin bir çox yüksək rütbəli generalının işdən azad edilməsi ilə əlaqələndirir.