Türkiyəli əsgərlər Suriyada atəşə tutuldu - Rusiya attaşesi çağırıldı | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Türkiyəli əsgərlər Suriyada atəşə tutuldu - Rusiya attaşesi çağırıldı

Münaqişələr A- A A+

Suriyanın İdlib şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinin 10 saylı müşahidə məntəqəsi atəşə tutulub.

“Anadolu” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Məlumata əsasən, atəş məqsədli şəkildə açılıb. Türkiyə ordusu cavab zərbələri endirib.  

Hücum nəticəsində bir türkiyəli əsgər ölüb, üç nəfər isə yaralanıb.

Yaralılar hadisə yerindən təxliyyə edildikdən sonra xəstəxanaya çatdırılıb.

Hücumla əlaqədar olaraq Rusiyanın Ankaradakı attaşesi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına çağırılıb. Ona bildirilib ki, Türkiyə hücumlara cavab olaraq sərt tədbirlər görəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...