Suriyada nə baş verir? Türkiyə və Suriya orduları qarşı-qarşıya...

Münaqişələr 17:54 28.06.2019

Dünən gecə saatlarında Suriyadakı rejimi (Bəşər Əsədi) dəstəkləyən qüvvələr əsas müxalif güclərin toplandığı İdlib şəhərinə roket zərbələri endirib. Lakin rejim qüvvələri sadəcə İdlibdəki muxalifləri deyil, silahsızlaşdırılmış bölgədə yerləşən türk mövqeylərinə də atəş açıblar. İlkin məlumatlara görə endirilən roket zərbələri nəticəsində təhlükəsiz bölgədə formalaşdırılan 10 nomrəli türk müşahidə məntəqəsinin 3 hərbi qulluqçusu ağır yaralanıb, biri isə şəhid olub.

suriye'de bir asker ile ilgili görsel sonucu

Türk ordusu isə öz növbəsində rejimə məxsus ərazilərə hava hücumları təşkil edib və rejimin yerləşdiyi mövqeylərə ardıcıl roket zərbələri endirib.

 

"Qarşıdurma gözlənilən idi"

Suriya qoşunları ilə Türk ordusu arasında qarşıdurmanın yaşanacağı əvvəlcədən məlum idi. Belə ki, hələ iyunun 16-da yenə rejim qüvvələri 9 nömrəli türk müşahidə məntəqəsinə atəş açmış, iki türk əsgəri yaralanmışdı. Bu hadisədən sonra, iyunun 18-də Suriya Xarici İşlər Naziri Vəlid Əl-Müallim məsələyə münasibət bildirərək qeyd etdi ki, “ümid edirəm ordumuz türk ordusu ilə qarşı-qarşıya gəlməz. Biz bunun baş verməməsi üçün əlimizdən gələni edirik. Lakin türklər başa düşməlidirlər ki, bura Suriya torpağıdır”.

Vəlid Əl-Müallim ile ilgili görsel sonucu

Yəni, münaqişənin siqnalları verilmişdi, lakin görünür, Türkiyədə hakimiyyətin başı o qədər İstanbul seçkilərinə qarışıb ki, Suriyada baş verənlər onların bir o qədər də diqqətini cəlb etməyib.

 

İdlib  Suriya və Türkiyə üçün niyə bu qədər önəmlidir?

İdlib indiki situasiyada Əsədi dəstəkləyən qüvvələr üçün ən vacib vilayət halına gəlib. Çünki Əsəd hakimiyyətini bütün Suriyada bərqərar etmək üçün İdlibi mütləq ələ keçirməlidir. Belə ki, İdlib həm paytaxt Hələbə çox yaxındır, həm də Hələbə gedən əsas magistral yollar İdlib ərazisindən keçir. Bundan savayı İdlibdə 3 milyondan çox vətəndaş yaşayır. Bütün bu səbəblərdən dolayı Əsəd qüvvələri Rusiya Hərbi Hava Qüvvələri və İranın şiə milislərinin dəsətəyi ilə İdlibi ən qısa zamanda ələ keçirməyi hədəfləyir. Hazırda İdlib müxaliflərin son və ən stratejik qalası hesab edilir.

Türkiyə isə İdlibin Əsədin əlinə keçməsinə imkan vermir. Çünki, İdlibi ələ keçirən Əsəd faktiki olaraq 7 illik vətəndaş müharibəsindən qalib ayrılacaq. Türkiyə isə bu 7 il ərzində Əsədin əlehinə siyasət yürütmüş və müxalifləri açıq şəkildə dəstəkləmişdi. Belə bir anda Əsədin yekun zəfər çalması Türkiyəyə sərhəddində yeni düşmən qazandıra bilər. İdlibin Suriya nəzarətinə keçməsi həm də Türkiyənin Suriyaya birbaşa müdaxilə imkanlarını aradan qaldıra bilər.

Əsədin İdlibə hücumları ötən ildən başlamışdı, lakin Suriyanın Türkiyə ilə sərhəddə yaxın bölgələrini nəzarət altına alan və ölkədə Əsədə qarşı mübarizə aparan “mülayim müxalifləri” dəstəkləyən Türkiyə Əsədin İdlibə hücumundan bərk narahat idi və hələ də mövqeyini dəyişməyib. Türkiyənin narahatlığının başlıca səbəbi yuxarıda da qeyd edildiyi kimi burada 3 milyondan çox vətəndaşın yaşaması faktıdır. Türkiyə Ərdoğanın “rəhmli siyasəti” nəticəsində 2 milyondan çox Suriyalı qaçqını öz ölkəsinə qəbul etmişdi, lakin İdlibə ediləcək hansısa bir hücumda növbəti qaçqın dalğası başlana bilər. Ona görə də Ərdoğan Əsədin İdlibə hücumunu Türkiyə üçün milli təhlüksizlik problemi olaraq nəzərdən keçirir.

idlib ile ilgili görsel sonucu

Soçidə əldə edilən İdlib razılaşması niyə pozuldu?

Qeyd edək ki, Türkiyə və Rusiya liderləri 2018-ci ilin sentyabr ayında Soçidə görüşüb və İdlib məsələsini ətraflı müzakirə etmişdilər. Uzun sürən müzakirələr nəticəsində tərəflər belə razılığa gəlmişdilər ki, Suriya qüvvələri İdlibə hücumu təxirə salacaq, Türkiyə və Rusiya İdlibdə qərarlaşan terror təşkilatlarının dəqiq siyahılarını tərtib edəcək, radikal terror qruplarından ərazi təmizlənəcək, İdlibin ətrafında silahlardan təcrid edilmiş təhlükəsiz bölgə yaradılacaq, Türkiyə və Rusiya hərbi qüvvələri ərazidə müşahidə məntəqələri yaradacaqdı. Bütün bunların müqabilində Əsədin sadəcə bir tələbi masada qəbul edildi. O da İdlibdən Hələbə gedən magistral yolların açılması və Suriya ordusunun nəzarətinə verilməsi.

Lakin Əsədin istəyi aylar keçməsinə rəğmən hələ də reallaşdırılmayıb. Həmçinin iyun ayı ərzində İdlibdə elan edilmiş tərəfsiz bölgə dəfələrlə atəşə məruz qalıb. Son bir ay ərzində İdlibdə vəziyyətin kəskinləşməsinin əsas səbəbi magistral yollar problemi və İdlibdə nəzarətin hələ də Hirar Təhrir Şam (HTŞ)  terror təşkilatında qalmasıdır.

Suriya öz ərazisində terror qruplarına qarşı  genişmiqyaslı hərbi əməliyyata başlamağı öz haqqı hesab edir. Və bu əməliyyat üçün gün sayır. Türkiyə bacardıqca bu əməliyyatı uzatmağa çalışır. Türkiyə və Suriya ordularını qarşı-qarşıya gətirən amil də məhz budur.

 

Bəs münaqişə daha da genişlənə bilərmi?

Böyük ehtimalla bu gün bu mövzu G-20 zirvəsində Putinlə Ərdoğan arasında danışılacaq. Putin Əsəddən daha təmkinli və səbirli olmağı tələb edəcək. Ancaq bu əslində Türkiyəyə mesaj idi. “Suriyada işin bitdi, evinə dönməlisən!”.

putin erdoğan ile ilgili görsel sonucu

Ərdoğan İdlib siyasətini düzgün formalaşdıra bilmədi. Türkiyə burada nə radikal terrorçu qrupları məhv edə bildi, nə onların ətrafına toplaşanları ərazidən uzaqlaşdıra bildi, nə də Əsədlə dil tapa bildi. Ona görə də hazırda İdlib Türkiyə üçün ciddi bir diplomatik düyün halına gəlib. İndi Ərdoğan iki od arasında qalıb: Əgər Əsədə İdlibə hücum üçün imkan yaratsa həm qazandığı nüfuzu itirəcək, həm də ölkəsi yeni qaçqın dalğası ilə qarşı-qarşıya qalacaq. Digər yandan da Türkiyə  və Suriya ordusu daha çox münaqişə vəziyyətində qala bilməz. Türkiyə Kipr probleminin də gündəmdə olduğu bir zamanda Suriya ilə yeni bir savaşa gedərmi? Bax, bu suala əvvəlcə Türkiyə prezidenti cavab tapmalıdır. Türkiyə və Suriyanın savaşa girməsi ancaq İdlibdəki terror qruplarının xeyrinədir. Uzun sözün qısası, Türkiyə Suriyada elə bir məngənəyə düşüb ki, nə irəli gedə bilir, nə də geri. Türkiyənin bu məngənəyə düşməsi isə ölkədəki iqtidarın milli təhlükəsizlik siyasətində buraxdığı ən kobud səhv hesab edilə bilər.

 

Nicat İsmayılov

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR

Xəbər xətti

Cəbrayılda 29 ədəd tank əleyhinə mina aşkarlanıb
09:32 16.04.2024
Bakıda İran vətəndaşı avtomobillə piyadanı öldürdü
09:30 16.04.2024
Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub
Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub
09:23 16.04.2024
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
09:10 16.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:00 16.04.2024
Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
03:58 16.04.2024
Əziz Mariya, müttəfiq belə olur - Melkonyan
02:07 16.04.2024
Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron
01:00 16.04.2024
Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı
00:10 16.04.2024
Hakan Fidan Quterreşlə danışdı
23:40 15.04.2024
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
23:24 15.04.2024
Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
23:00 15.04.2024
“Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi
22:44 15.04.2024
İmişlidə əmək yarmarkası keçiriləcək
22:22 15.04.2024
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
22:00 15.04.2024
Almaniyada Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb
21:44 15.04.2024
Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:22 15.04.2024
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
21:15 15.04.2024
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
21:10 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB
21:05 15.04.2024
Çexiya İran səfirini XİN-ə çağırıb
21:00 15.04.2024
Aİ-nin Ermənistandakı missiyasına qoşulan ilk kanadalı ekspertdən AÇIQLAMA
20:51 15.04.2024
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
20:37 15.04.2024
Ermənistanda Rusiya telekanalları bağlanacaq? - AÇIQLAMA
20:36 15.04.2024
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
20:12 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
20:05 15.04.2024
Hesablama Palatası “toxum subsidiya"ların verilməsi ilə bağlı nöqsanları açıqlayıb
19:50 15.04.2024
Azərbaycanın mina problemi beynəlxalq simpoziumda müzakirə olunub
19:41 15.04.2024
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah su olmayacaq
19:34 15.04.2024
Ukrayna müdafiəçiləri Krımda Rusiya komanda məntəqəsinə zərbələr endirib
19:19 15.04.2024
Aİ XİN başçıları İran-İsrail böhranından sonra atılacaq addımları müzakirə edəcəklər
19:00 15.04.2024
"Zalsburq" türk məşqçiyə tapşırıldı
18:45 15.04.2024
Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək?
18:33 15.04.2024
Rusiyalı turistlərin 10,42 %-i may bayramlarında Azərbaycana səyahət edəcək
18:21 15.04.2024
Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR
18:16 15.04.2024
Azərbaycan və Aİ Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə edib
18:08 15.04.2024
Hamısı