Əfqanıstanın paytaxtı Kabildə səfirliklərin yerləşdiyi rayonda güclü partlayış baş verib.
Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Assoşeyted Press” agentliyi yayıb.
Partlayış ABŞ səfirliyinə yaxın ərazidə olub və hadisə nəticəsində 15-dən çox insan yaralanıb.
Hadisənin təfərrüatı açıqlanmır.
***
Yerli mətbuatın verdiyi məlumata görə, partlayış nəticəsində 68 nəfər həlak olub. Ölənlərin sayının artacağı istisna olunmur.