Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Zap bölgəsində hava əməliyyatı həyata keçirib.
Eurasia Diary bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, əməliyyat “Pəncə” əməliyyatı ilə koordinasiyalı şəkildə aparılıb. Hava əməliyyatı zamanı PKK-ya aid silah anbarı, sığınacaqlar məhv edilib, azı 2 terrorçu zərərsizləşdirilib.