Eurasia Diary xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatının aparıcı şəxsi, “Halmat Diyar” ləqəbli Diyar Qarip Muhammed öldürüldü.
Əməliyyat MİT və Türkiyə Silahlı Qüvvələri ilə birgə həyata keçirilib.
Qeyd edək ki, Halmat Diyar PKK terror təşkilatının İraq qolunun rəhbəri idi. O, PKK-nin 7 ən nüfuzlu liderlərindən biri olub. Diyarın əsas vəzifəsi terror təşkilatının müxtəlif qolları arasında koordinasiyanı təmin etmək olub.
Halmat Diyar həmçinin terror qruplarının silahla təmin edilməsini təmin edən əsas şəxslərdən biri olub.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə MİT bu əməliyyatla PKK-nın digər liderlərinə açıq mesaj verib: "Artıq heç biriniz İraqda (Kandil) rahat gəzə bilməyəcəksiniz