Əfqanıstanın qərbində yerləşən Kalayi-Nau şəhərindəki mehmanxanaya hücum edilib.
Eurasia Diary xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hələlik insident nəticəsində neçə adamın zərər gördüyü və hücumun arxasında hansı qruplaşmanın dayandığı açıqlanmayıb.
Qeyd edək ki, bundan öncə Somalinin Kismayo şəhərində yerləşən otelə hücum edilib, nəticədə 13 nəfər ölüb.