Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “komandanı” hesab edilən Karen Abramyan ad-soyadlı adamabənzər məxluq Kəlbəcər istiqamətindəki təmas xəttində sülənib.
Eurasia Diary "moderator.az" saytına istinadla xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, separatçı general-mayor Azərbaycan ordusuna doğru istiqamətlənmiş işğalçı artilleriya hərbi hissələrindən birinə də baş çəkib.
O, erməni hərbçilərin Azərbaycan torpaqlarındakı xidmət şəraiti ilə tanış olub, lazımi göstəriş və tapşırıqlar verib.