Əfqanıstanda universitet yaxınlığında partlayış olub - Ölənlər və yaralananlar var | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


Əfqanıstanda universitet yaxınlığında partlayış olub - Ölənlər və yaralananlar var

Münaqişələr A- A A+

Əfqanıstan paytaxtı Kabildə bu gün baş vermiş partlayış nəticəsində azı 6 nəfər ölüb, 26 nəfər yaralanıb.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat verib.

Partlayış Kabil Universitetinin yaxınlığında imtahan verməyə hazırlaşan tələbələrin binanın girişində yığışdığı zaman baş verib.

1TV telekanalının məlumatına görə, avtomobilə bərkidilmiş partlayıcı qurğu işə salınıb. 

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...