Çıraqlı yenidən atəşə tutuldu - evlər hədəfdə - FOTOLAR | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Çıraqlı yenidən atəşə tutuldu - evlər hədəfdə - FOTOLAR

Münaqişələr A- A A+
Ermənistan silahlı qüvvələri cəbhədə atəşkəsi pozub. İşğalçı ordunun bölmələri ötən gün gecə saatlarında Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutub. 
 
Müxtəlif silahlardan açılan mərmilər fərdi yaşayış evlərinə dəyib.
 
Yerli sakinlərin verdiyi məlumata görə, xoşbəxtlikdən xəsarət alan olmayıb.
 
Azərbaycan ordusunun cavab atəşindən sonra düşmən ordusu susmaq məcburiyyətində qalıb.
 
Xatırladaq ki, bir neçə gün əvvəl də ermənilər Çıraqlı kəndini atəşə tutaraq mülki əhalini hədəfə almışdı.
 
Fotoları Çıraqlı kənd sakini Fəxri Məmmədov çəkib.(oxu.az)
 
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...