Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək.
Eurasia Diary "moderator.az"a istinadla xəbər verir ki, şəhid gizirimiz Pərvin Əliyevin oğlu Riyad Əliyev hərbçi olmağa qərar verib. R.Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunub. Bu haqda şəhidin ailəsi məlumat verib. Qeyd edək ki, şəhidimizin iki övladı var.
Xatırladaq ki, gizir Pərvin Əliyev 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Avqustun 2-də şəhidimiz doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində böyük izdihamla dəfn edilib. Şəhid gizirimiz ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!