Dövlət Sərhəd Xidməti “Qazax” sərhəd dəstəsinin bazasında əlahiddə diviziya formalaşdırıb.
Eurasia Diary ordu.az-a istinadən xəbər verir ki, bu barədə 29-30 iyul tarixlərində DSX rəisi general-polkovnik Elçin Quliyevin Ermənistanla sərhəddə yerləşən hərbi hissə və bölmələrin xidməti-döyüş fəaliyyətini yoxlanılması barədə açıqlanan məlumatda bildirilib.
"2019-cu ilin 29-30 iyul tarixlərində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirib", - deyə DSX-nin məlumatında qeyd olunub.