Kəşmir Hürriyyət Birliyinin başçılarından biri Seyid Əlişah Gilani dünya müsəlmanlarına SOS mesajı göndərib.
Eurasia Diary xəbər verir ki, bu barədə Gilani öz tvitter səhfəsində paylaşım edib.
O hesab edir ki, Hindistan bəşər tarixinin ən böyük soyqırımına hazırlaşır.
"Bu tvit planetdə yaşayan bütün müsəlmanlara SOS mesajı olaraq qəbul edilməlidir. Əgər biz hamımız ölsək və siz buna səssiz qalsanız, Allah qarşısında cavabdehlik daşıyacaqsınız. Hindistanlılar bəşər tarixinin ən böyük soyqırımını həyata keçirməyə hazırlaşır. Allah bizi qorusun", deyə Əlişah Gilani tvitter səhfəsində yazıb.
Qeyd edək ki, Hindistan Kəşmir ərazisininə və ətrafına silahlı qüvvələr cəlb edir. Pakistan mediyası bu addımların əhali arasında qorxu və təşviş yaratdığını bildirib.