Ankarada Türkiyə və ABŞ nümayəndə heyətləri arasında Suriyada təhlükəsiz bölgə yaradılması istiqamətində danışıqlar bu gün yerli vaxtla saat 10:00-da start götürüb.
Eurasia Diary bildirir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.
“Suriyanın şimalında koordinasiyalı şəkildə yaradılması planlaşdırılan təhlükəsizlik bölgəsi ilə bağlı ABŞ hərbçiləri ilə görüş saat 10:00-da başlayıb”, - deyə MN-dən bildirilib.(virtualaz.org)