Hindistan parlamenti Kəşmirin xüsusi statusunun ləğvini dəstəkləyib | Eurasia Diary - ednews.net

13 Dekabr, Cümə


Hindistan parlamenti Kəşmirin xüsusi statusunun ləğvini dəstəkləyib

Münaqişələr A- A A+

Hindistan parlamentinin aşağı palatası Konstitusiyanın Cəmmu və Kəşmir ştatına xüsusi status verilməsini nəzərdə tutan 370-ci maddənin ləğvi qərarını dəstəkləyib. 

Eurasia Diary-nin APA-ya istinadən verdiyi xəbərə görə, parlamentin 366 deputatı təşəbbüsün lehinə, 66-sı isə əleyhinə səs verib.  

Beləliklə də, Cəmmu və Kəşmir ştatına xüsusi status verilməsini nəzərdə tutan 370-ci maddənin ləğvi Hindistan parlamenti tərəfindən dəstəklənib.  

Təşəbbüsə əsasən, Cəmmu və Kəşmir ştat statusunu itirəcək və ittifaq ərazisi olacaq. Bundan əlavə, Cəmmu və Kəşmirin tərkibində olan Ladakx vilayəti də ayrıca ittifaq ərazisi olacaq. İttifaq əraziləri ştatlardan fərqli olaraq birbaşa federal hökumət tərəfindən idarə olunur.  

Qeyd edək ki, ötən gün Hindistan prezidenti Ram Nat Kovind Cəmmu və Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı fərman imzalayıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...