Bu gün səhər Kabilin qərb hissəsində, Şəhid Məzari meydanı yaxınlığındakı dairə polis bölməsi qarşısında avtomobil partladılıb.
Eurasia Diary xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər ölüb, azı 30 nəfər də xəsarət alıb.
Hadisədən əvvəl polis bölməsinin bir neçə naməlum şəxs tərəfindən atəşə tutulduğu bildirilir.
Hadisə yerinə xilasetmə xidməti əməkdaşları və təhlükəsizlik qüvvələri cəlb edilib. Hücumun məsuliyyətini hələlik heç kim üzərinə götürməyib.
Qeyd edək ki, ötən gün paytaxtda işçiləri daşıyan avtomobilin partladılması nəticəsində də azı 5 nəfər ölmüş, 7 nəfər yaralanmışdı.(Report)