Yəmənin Ədən şəhərində Prezident sarayının qarşısında silahlı toqquşma baş verib.
Eurasia Diary “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, atışma nəticəsində ölənlər və yaralananlar var.
Atışma Prezident sarayının mühafizəsi və silahlı polis dəstələrindən biri arasında baş verib.
Hadisə nəticəsində azı üç hərbçi yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Silahlı qarşıdurmanın səbəbləri hələlik bilinmir.