Bayram günü Qüdsdə müsəlmanlarla yəhudilər arasında toqquşma baş verdi | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


Bayram günü Qüdsdə müsəlmanlarla yəhudilər arasında toqquşma baş verdi

Münaqişələr A- A A+

Qüdsün Məbəd dağında Qurban bayramıni qeyd etməyə toplaşan müsəlmanlarla yəhudilər arasında toqquşma baş verib.

“The Jerusalem Post” xəbər verir ki, ibadətgahın önünə toplaşan yəhudilərlə müsəlmanlar arasında mübahisə yaranıb.

Bunun qarşısını almaq üçün işə polis müdaxilə edib. Hüquq-mühafizə əməkdaşları kütləni dağıtmaq üçün işıq sacan qumbaralardan istifadə ediblər.

Hadisələr nəticəsində 60-dan cox insan xəsarət alıb.

“The Jerusalem Post” bildirir ki, bu il Qurban bayramı yəhudilərin “9 av” matəm günü ilə üst-üstə düşüb: hər iki məşhur yəhudi məbədinin dağıdılması tarixin məhz bu gününə təsadüf edir. Bu münasibətlə yəhudi təşkilatları Məbəd dağına giriş istəsə də orada müsəlmanların da olacağı nəzərə alınaraq buna icazə verilməyib.

Lakin İbadətgah önünə toplaşan yəhudilərlə bayrama gələn müsəlmanlar arasında çaxnaşma düşüb. Polisin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkun olub. 

oxu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...