Dünya tarixində bu silahı ilk dəfə Türkiyə tətbiq etdi | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Dünya tarixində bu silahı ilk dəfə Türkiyə tətbiq etdi

Münaqişələr A- A A+
Türkiyə Liviyada feldmarşal Xəlifə Haftara dəstək üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göndərilən, Çin istehsalı olan pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub.
 
Eurasia Diary “ArmyRecognition” saytına istinadən xəbər verir ki, bununla da Türkiyə lazer silahını döyüş şəraitində tətbiq edən ilk ölkə olub.
 
 
Çin tərəfindən istehsal olunan “Wing Loong II” pilotsuz döyüş təyyarəsi bir neçə gün əvvəl Misurata şəhəri yaxınlığında vurulub. Sayt yazır ki, təyyarə Türkiyənin ASELSAN şirkəti tərəfindən işlənib hazırlanan, 50 kW güc hasil edən lazer hava müdafiə sistemi tərəfindən Misurata şəhəri üzərində uçarkən hədəfə alınıb.
 
Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb. “İlk dəfə bir lazer silahı başqa bir hərbi texnikanı real döyüş şəraitində məhv edib”,-sayt yazır.
 
 
Lazer silahı ABŞ, Rusiya və Çin başda olmaqla bir sıra ölkələr tərəfindən işlənib hazırlanmaqdadır. Son illər Türkiyənin ASELSAN şirkəti də bu sahədə işə başlayıb və lazer silahı hazırlayan şirkətlər sırasına daxil olub. Lakin indiyə qədər lazer silahını real döyüş şəraitində heç bir dövlət tətbiq etməmişdi. (Virtualaz.org)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...