Yəmən qüvvələri Səudiyyə Ərəbistanında neft yatağına dronlarla zərbə endiriblər | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


Yəmən qüvvələri Səudiyyə Ərəbistanında neft yatağına dronlarla zərbə endiriblər

Münaqişələr A- A A+

Yəmən qüvvələri Səudiyyə Ərəbistanında yerləşən Şaybah neft yatağına dronlarla zərbə endiriblər. 

Eurasia Diary “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Yəmən Silahlı qüvvələrinin sözçüsü Yəhya Sare Əl-Masira deyib.

Onun sözlərinə görə, neft emalı zavodu və neft anbarına 10 dronla zərbələr endirilib. Silahlı qüvvələrin sözçüsü şirkətlərə və mülki şəxslərə ölkədəki mühüm obyektlərdən uzaq durmağı məsləhət görüb. 

“Təcavüzkar qüvvələrin Yəməndə müharibəni və Yəmən xalqının mühasirəsini dayandırmaqdan başqa seçimi yoxdur”, - Y. S. Əl-Masira bildirib. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkəti tərəfindən işlədilən Şaybah neft yatağı Krallığın şərqində, Birləşmiş Ərəb Əmirlikləri ilə sərhəddə yerləşir. (APA)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...