Kabildə baş vermiş terror aktında rumıniyalı diplomat öldürülüb | Eurasia Diary - ednews.net

19 Sentyabr, Cümə axşamı


Kabildə baş vermiş terror aktında rumıniyalı diplomat öldürülüb

Münaqişələr A- A A+
Əfqanıstan paytaxtında baş verən terror hücumunda Rumıniyanın Kabildəki diplomatik nümayəndəliyinin əməkdaşı öldürülüb, daha bir nəfər ağır yaralanıb.
 
Eurasia Diary “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
“Rumıniya səfirliyinin Kabildə yerləşdiyi düşərgədə sentyabrın 2-dən 3-nə keçən gecə xarici vətəndaşlara qarşı yönəlmiş terror aktı baş verib. Terror hücumu nəticəsində Rumıniyanın Kabildəki diplomatik nümayəndəliyinin bir nümayəndəsi ölüb, digəri ağır yaralanıb”, - deyə məlumatda qeyd olunub.
 
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, yaralı Rumıniya vətəndaşı vəziyyətindən asılı olaraq ən qısa müddətdə Avropaya çatdırılacaq. (APA)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...